← Bütün ölkələr

NL Niderland

Avropada ingilis dilində ən çox proqram təklif edən ölkələrdən biri; praktik və layihə əsaslı təhsil.

Təhsil haqqı (illik)
€9k–20k
Yaşayış (illik)
€12k–17k
İmtahanlar
IELTS, TOEFL

Niyə bu ölkə?

  • Yüzlərlə ingilis dilli bakalavr proqramı
  • Tədqiqat universitetləri (WO) və tətbiqi elmlər universitetləri (HBO) seçimi
  • Kiçik qruplarda, problem əsaslı tədris
  • Məzunluqdan sonra 1 illik "orientation year" vizası

Qəbul üçün nə lazımdır?

  • Müraciət Studielink vasitəsilə
  • Tədqiqat universitetləri üçün attestatla yanaşı çox vaxt əlavə il və ya AP/A-Level tələb olunur
  • IELTS 6.0–6.5
  • Motivasiya məktubu
  • Bəzi ixtisaslar limitlidir (numerus fixus) və son tarix 15 yanvardır

Xərclər

Aİ-dən kənar tələbələr üçün təhsil haqqı ildə təxminən 9 000–20 000 €, yaşayış xərcləri ayda 1 000–1 400 €.

Rəqəmlər təxminidir və hər il dəyişə bilər. Müraciətdən əvvəl universitetin rəsmi saytını yoxlayın.

Digər ölkələr